PDF Oxu

Dünya

  • 15

Barak Obama Konqresdən əlavə 33 milyard dollar istəyir

Barak Obama Konqresdən əlavə 33 milyard dollar istəyir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obama administirasiyası Əfqanıstan və İraqda aparılan hərbi kampaniyaları maliyyələşdirmək üçün əlavə 33 milyard dollar məbləğində vəsait istəmişdir. Bununla əlaqədar məktub qanunvericilərə fevralda Pentaqonun 2011-ci il büdcə layihəsi müəyyən edilərkən ünvanlanacaqdır. Yanvarın 11-də ABŞ-ın yüksək vəzifəli hərbi məmurlarına 2015-ci il büdcə planı məsələsi müzakirə edilərkən, informasiya verilmişdir. Belə ehtimal edilir ki, əlavə maliyyə vəsaiti Əfqanıstanda keçiriləcək hərbi əməliyyatlara sərf ediləcəkdir. B.Obama ABŞ hərbi kontingentinin məhz bu ölkədə artırılması haqqında sərəncam imzalamışdır. 2011-ci ildə ABŞ Müdafiə Nazirliyinin hərbi büdcəsinin həcmi haqda, hələlik, konkret məlumat verilmir. Ancaq hərbçilər belə hesab edirlər ki, onlara ayrılan büdcə vəsaiti 700 milyard dollaradək artırıla bilər. Hərbi rəhbərlər həm də fevral ayının 1-də Konqresə təqdim ediləcək "Dördillik müdafiə haqda mühazirə" ilə də tanış olmuşlar. Məlum olduğu kimi, mühazirələrdə üstünlük verilən cəhətlərdən biri də pilotsuz uçan aparatlardan aktiv tərzdə istifadə etmək olmuşdur.

Digər xəbərlər