PDF Oxu

Dünya

  • 8

Kiyev Məhkəməsi seçkiləri zamanı Maydanda mitinqləri qadağan edib

Kiyev Məhkəməsi seçkiləri zamanı Maydanda mitinqləri qadağan edib
"Qazeta po-kiyevski" qəzetinin yazdığına görə, Kiyevin Adminstrativ Dairə Məhkəməsi belə bir qərar qəbul etmişdir ki, prezident seçkiləri dövründə Maydanda kütləvi aksiyaların keçirilməsi qadağan edilsin. Şəhərin digər küçə və meydanlarında mitinqlərin keçirilməsinə icazə verilmişdir. Maydanda kütləvi tədbirlərin qadağan edilməsi 9 yanvar-5 fevral dövrünü əhatə edir. Ukraynada prezident seçkiləri yanvarın 17-ə təyin edilmişdir. Regionlar Partiyası yanvarın 18-də Kiyevin mərkəzi meydanlarında mitinqlər keçirmək istəyir. Yuliya Timoşenko Bloku, öz növbəsində, fevralın 5-də Maydanda konsert keçirməyi planlaşdırır. Kiyev təşkilatı blokunun nümayəndəsi Liliya Martinenko Maydanda kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərə alaraq, bu konsertin təxirə salınacağını bildirmişdir. Ukraynanın baş nazirinin birinci müavini, YTB liderlərindən biri olan Aleksandr Turçinov seçkilərin nəticələrinin saxtalaşdırılacağı təqdirdə, ölkə əhalisinin Maydanda etiraz mitinqi keçirəcəyini bildirib. Regionlar Partiyasının lideri Viktor Yanukoviçin tərəfdarı Yuri Lutsenkonun dediyinə görə, artıq onlar "Maydanı işğal etmək üçün" isti keçə çəkmələr və paltarlar hazırlayırlar. Regionlar Partiyasının Kiyev şöbəsinin nümayəndəsi Konstantin Trifonenkonun dediyinə görə, onun təmsilçisi olduğu partiya üzvləri heç bir hazırlıq işləri aparmır.

Digər xəbərlər