PDF Oxu

Dünya

  • 8

Çin xüsusi RMƏ sisteminin uğurlu sınağını keçirib

Çin xüsusi RMƏ sisteminin uğurlu sınağını keçirib
"Sinxua" informasiya agentliyinin yaydığı məlumata görə, Çin özünün yaratdığı orta məsafəli raketlərinin müdafiə sistemləri vasitəsi ilə saxlanma sınaqlarını keçirmişdir. Dövlət xəbərlər agentliyinin məlumatına görə, raket tutan aparatın buraxılışı uğurla həyata keçirilmişdir. Çinin xarici işlər nazirinin mətbuat katibi Tszyan Yuyun dediyinə görə, buraxılış qurğusunun sınağı müdafiə xarakteri daşımış və heç bir ölkə əleyhinə yönəldilməmişdir. T.Yuy raketin yerətrafı orbitdə heç bir kosmik zibil yaratmadığını da bildirmişdir. Çin özünün yeni texnologiyasının sınağını ABŞ-la münasibətlərinin gərginləşməkdə olduğu bir dövrdə keçirir. Yanvarın 6-da ABŞ-ın Müdafiə Nazirliyi, "RAS-3" zenit-raket komplekslərinin Tayvan ərazisində sınaqlarını sanksiyalaşdıran sərəncam qəbul etmişdir. Rəsmi Pekin isə Tayvanı öz ayrılmaz hissəsi elan etmiş və bu ərazidə sınaqların keçirilməsinin mümkünüyünü vurğulamışdır. Pentaqon Tayvana hərbi texnika satacağını bəyan etdiyi vaxt, yəni 2008-ci ildə ABŞ administrasiyasına Corc Buş başçılıq edirdi. Müqavilənin ümumi məbləği 6,5 milyard dollar həcmində idi. B.Obama administrasiyası Çinlə yaxınlaşmaq kursu götürdüyündən tanınmamış Tayvana silah satışını dayandırmışdır. Çin 1949-cu ildə baş vermiş vətəndaş müharibəsi zamanı antikommunist qüvvələrin bu adaya qaçmaları ilə əlaqədar Tayvanın müstəqilliyini bəyan etmişdi. Son illərdə Çin və Tayvan hökumətləri bir-birilərinə doğru addımlar atmağa cəhd etmişlər.

Digər xəbərlər