PDF Oxu

Dünya

  • 15

Barak Obama dövlətin müdafiəsi üçün Qubernatorlar Şurası təsis edib

Barak Obama dövlətin müdafiəsi üçün Qubernatorlar Şurası təsis edib
Ağ Evin saytında yerləşdirilmiş məlumata görə, ABŞ prezidenti Barak Obama vəzifəsi federal ölkə hökuməti və ştat administrasiyaları arasında təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı möhkəmləndirmək olan Qubernatorlar Şurasının yaradılması haqda sərəncam imzalamışdır. Yeni məşvərətçi orqanın başlıca vəzifəsi ayrı-ayrı ştatların milli qvardiyalarından istifadə edilməsi məsələləri ilə məşğul olmaqdır. Şuranın tərkibinə prezidentin iki il müddətinə seçdiyi 10 qubernator daxil olacaqdır. Eyni partiyanın üzvü 5 nəfərdən artıq olmamalıdır. Müxtəlif partiyaların nümayəndələri olan 2 qubernator şurasının həmsədri vəzifəsini daşıyacaqdır. Yeni orqanın federal hökuməti müdafiə naziri, milli təhlükəsizlik naziri, bir neçə yüksək vəzifəli məmur, prezident müşavirləri və hərbi rəhbərlər içərisində seçiləcəkdir. Müdafiə nazirinin qərarı ilə şuranın İcraçı Direktoru seçiləcəkdir. Yeni şəraitdə təhlükəsizlik sahəsinin koordinasiya edilməsi siyasəti ABŞ hökumətinin böyük səhvindən sonra ortaya atılmışdır. Məlum olduğu kimi, dekabrın 25-də Nigeriya terrorçusu Ömər Farruk Abdulmütəllib ABŞ avialaynerinə partlayıcı qurğu keçirməyə nail olmuşdur. Ömər Farruk terror aktı haqda sərəncamı Yəməndəki "Əl-Kaidə" aldığını etiraf etmişdir. Qubernatorlar Şurası təhlükəsizlik sahəsindəki bu boşluğu doldurmaq məqsədilə yaradılmışdır.

Digər xəbərlər