PDF Oxu

Dünya

  • 14

Rusiya pilotsuz İsrail təyyarələrini almaq niyyətindədir

Rusiya pilotsuz İsrail təyyarələrini almaq niyyətindədir
"Kommersant" qəzetinin yazdığına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti İsraildən "Orbiter" pilotsuz uçan aparatlar almaq haqda danışıqlara başlamışdır. Bu haqda rəsmi məlumat olmasa da, FTX mənbələrindən sızan məlumatlara görə, təşkilat 5 ədəd bu cür aparat almaq fikrindədir. FTX tərəfindən danışıqları "Aeronautics Defense Sustems" kampaniyasının nümayəndələri aparır. Aparatların təqribi məbləği 3 milyon dollar həddindədir. Rusiyanın Müdafiə Nazirliyi İsraildən bu cür pilotsuz aparatları satın almışdır. 2008-ci ildə 12 bu cür aparat üçün 53 milyon dollar ödənilmişdir. Hazırda FTX 5 yüngül uçan aparat almaq istəyir. Çünki Rusiyada istifadə edilmiş pilotsuz aparatlar qarşılarına qoyulan uçuş məsələlərini həll etmək qüdrətində deyil. Rusiyanın İsraildən aldığı aparatlar Şimali Qafqazda istifadə ediləcəkdir. Əvvəlki 12 aparat Cənubi Osetiya və Abxaziya konfliktində istifadə edilmişdir.

Digər xəbərlər