PDF Oxu

Dünya

  • 15

Havaların sərt keçməsi Avropaya milyardlarla avroya başa gələcək

Havaların sərt keçməsi Avropaya milyardlarla avroya başa gələcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Avropada havaların ifrat dərəcədə sərt keçməsi ölkələrə milyardlarla avro bahasına başa gələcəkdir. Ekspertlər ehtiyat edirlər ki, iqtisadiyyata dəyən zərər bərpa olunmayacaq həddə çata bilər. Xatırladırıq ki, Avropa Birliyi ölkələri son vaxtlar iqtisadi böhrandan əziyyət çəkirdilər. "Bild" qəzetinə müsahibə verən DİNK İqtisadiyyat İnstitutunun nümayəndəsi Folker Treyer havaların tezliklə yaxşılaşmayacağı təqdirdə, yalnız Almaniyaya dəyən zərərin 2 milyard avroya yaxınlaşacağını ehtimal etdiyini bildirir. Böyük Britaniyaya dəyən zərər iqtisadi süqut dövründə 1 milyard funt sterlinqdən az olmamışdır. Hazırda İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələri hələ də şıltaq hava təsiri altındadır. Almaniyanın şimalında onlarla kənd zahiri aləmdən təcrid edilmişdir. Yalnız Frankfurt aeroportunda 320 təyyarə reysi təxirə salınmışdır. Madridin "Baraxas" aeroportunda isə 137 təyyarə reysi uçuş xəttinə çıxarılmamışdır. İspaniyada 13 dərəcə şaxta müşahidə edilir. Portuqaliyada yağan bol qar ölkənin 50 magistral yolunun bağlamasına səbəb olmuşdur. Polşada 70 mindən çox ev işıqsız qalmışdı. Son 17 il ərzində Praqaya rekord miqdarda qar yağmışdır. Havasızlıq şəraiti Böyük Britaniyada 29 nəfərin ölümünə səbəb olmuşdur. Avropanın digər ölkələrində də ölüm hadisələri müşahidə edilmişdir.

Digər xəbərlər