PDF Oxu

Dünya

  • 14

Mixail Saakaşvili Con Makkeynə “rus generalı”nın tapançasını bağışlayıb

Mixail Saakaşvili Con Makkeynə “rus generalı”nın tapançasını bağışlayıb
"Qruziya Online"nin məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ prezidentliyinə keçmiş namizəd və respublikaçı senator Con Makkeynə Milli Qəhrəman adı vermiş və tapança bağışlamışdır. Gürcüstan prezidentinin dediyinə görə, C.Makkeyn  "Gürcüstanın əsil dostu və qəhrəmanıdır".
Onun dediyinə görə, ABŞ siyasətçisi  Cənubi Osetiya müharibəsi zamanı Tbilisiyə böyük kömək göstərmişdir. "C.Makkeyn öz seçkiönü kampaniyasını dayandıraraq, öz fəaliyyəti ilə yüzlərlə tankın qarşısını almış və axıradək sədaqət andı içib, kolluqda gizlənən bir çoxları kimi hərəkət etməyərək, bizimlə bir sırada durmuşdur" deyə M.Saakaşvili bildirmişdir. Gürcüstan prezidenti C.Makkeynə bağışlanan tapançanın Vyetnam müharibəsi zamanı bir rus generalının əsir edilmiş ABŞ pilotunda aldığını bildirmişdir. Onun dediyinə görə, həmin general 2008-ci ilin avqustunda tapançanı bir gürcü biznesmeninə satmışdır.
C.Makkeyn fəxri ada və tapançaya görə M.Saakaşviliyə öz təşəkkürünü bildirmiş və "Milli Qəhrəman" ordeninin onun aldığı mükafatların ən yaxşılarından biri olduğunu vurğulamışdır.
Gürcüstanın "Milli Qəhrəman" ordeni ölkənin ən yüksək milli mükafatı hesab edilir.  Həmin mükafat 2004-cü ildən Gürcüstan xalqı qarşısında göstərilən xüsusi qəhrəmanlıqlara görə verilib.
C.Makkeyn yanvar ayının 10-dan Gürcüstanda səfərdədir. Onun başçılıq etdiyi heyətdə respublikaçı senatorlar Con Barosso və Con Tyunla təmsil olunur. Onlar yalnız Gürcüstan prezidenti ilə deyil, müxalifət liderləri ilə də görüşəcəklər. Qeyd etmək istərdik ki, C.Makkeyn ABŞ Senatında Gürcüstanın lobbiçiliyini edir. Cənubi Osetiya müharibəsi zamanı C.Makkeyn Rusiyanın hücumunu kəskin tənqid atəşinə tutaraq, bu məşhur ifadəsini işlətmişdir: "Bu gün hamımız gürcüyük".

Digər xəbərlər