PDF Oxu

Dünya

  • 14

Robert Geyts daha bir il Pentaqonun başçısı olmağa razılıq verib

Robert Geyts daha bir il Pentaqonun başçısı olmağa razılıq verib
"CNN" telekanalının məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Geyts daha bir il müddətinə Pentaqonun başçısı vəzifəsində qalacaqdır. Bu şəxs Barak Obama administrasiyasının yeganə üzvüdir ki, hələ Corc Buşun prezidentliyi dövründə ABŞ-ın müdafiə naziri olmuşdur. Üzərinə düşən vəzifənin olduqca ağır olduğu bildirən R.Geyts bu cür işi heç kimə arzulamadığını qeyd etmiş və daha bir il müddətinə müdafiə naziri vəzifəsində qalacağını demişdir. Pentaqonun mətbuat katibi Ceff Morrell qərarın R.Geyts və Barak Obama ilə fikir mübadiləsindən sonra qəbul edildiyini bildirmişdir. Mətbuat katibi ABŞ prezidentinin müdafiə naziri postunun R.Geytsə uzun müddətə qalmasını təklif etsə də, nazir vaxtından əvvəl istefaya çıxmaq istədiyini və vaxtının çoxunu ailəsinə sərf etmək istədiyini bildirmişdir. R.Geyts ABŞ-ın ilk müdafiə naziridir ki, o, həm respublikaçılar, həm də demokratlar partiyasının prezidentlikləri dövründə bu vəzifəni icra etmişdir. Müşahidəçilər belə ehtimal irəli sürürdülər ki, R.Geyts demokratların yeni namizədi müəyyənləşdirilənədək bu postda qalacaqdır. Ancaq "Los-Anceles Tayms" qəzetinin yazdığına görə, R.Geyts B.Obama administrasiyasının başlıca üzvlərindən birinə çevrilmiş və Demokratlar Partiyasının prezidentinin milli təhlükəsizlik məsələləri üzrə etibarlı müşaviri olmuşdur.

Digər xəbərlər