PDF Oxu

Dünya

  • 14

İsrail BMT-yə 10 milyon dollar cərimə ödəyəcək

İsrail BMT-yə 10 milyon dollar cərimə ödəyəcək
İsrail hökuməti Qəzza bölgəsində keçirdiyi hərbi əməliyyatlar zamanı Birləşmiş Millətlər Təşiklatının xüsusi mülkiyyətinə vurduğu zərərə görə, təşkilata 10 milyon dollar məbləğində kompensansiya ödəməli olacaqdır.
"BBC Nyus"un məlumatına görə, 2008 və 2009-cu illərdə İsrail ordusunun Qəzza bölgəsinə hücumu zamanı BMT-nin bir neçə anbar tikilisi, məktəb binası və nəqliyyatı məhv edilmişdir.
BMT ötən ilin may ayında apardığı təhqiqata görə, İsrail ordusu hücum etdiyi ərazilərdə BMT obyektlərinin toxunulmazlığına xələl gətirmişdir. Təşkilatın qərarına görə İsrail həmin vaxt həlak olan və yaralanan insanların məsuliyyətini də öz üzərinə götürməlidir. İsrail hökuməti BMT obyektlərinə qəsdən zərər vurmadığını təkid etməkdə davam edir.
BMT-yə ödəniləcək ilkin kompensansiya məbləği 11 milyon dollar həddindədir. İsrail təkid edir ki, Qəzza bölgəsinə hücum "HƏMAS" qruplaşmasının bombardmanına cavab kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, "Qəlib qurğuşun" əməliyyatı üç həftə davam etmişdir. Fələstinlilərin və İsraildəki hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə əməliyyat zamanı 1400 nəfər fələstinli, 13 nəfər İsrail hərbçisi həlak olmuşdu. Bundan başqa, konflikt nəticəsində 50 mindən çox ev, 800 sənaye tikilisi, 200 məktəb, 39 məscid və 2 kilsə məhv edilmişdir.

Digər xəbərlər