PDF Oxu

Dünya

  • 13

Çin nəhəng dünya ixracatçısına çevrilib

Çin nəhəng dünya ixracatçısına çevrilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2009-cu ildə Çin öz ixrac məhsullarının həcminə görə Almaniyanı arxada qoyaraq, dünyanın ən nəhəng ixracatçı ölkəsinə çevrilmişdir.
2009-cu ilin 11 ayı ərzində Çinin ixrac məhsullarının həcmi 1,07 trilyon dollar məbləğində olmuşdur. Dünyanın ən nəhəng ixrac ölkəsi hesab edilən Almaniya eksportu isə 1,05 trilyon dollar ixtisara düşmüşdür.
Ümumdünya Ticarət Təşkilatının hesablamalarına görə, Çin ötən ilin ilk 6 ayı ərzində ixrac sahəsində Almaniyanı ötüb keçmişdir. 2009-cu ilin yanvar-iyun aylarında Çinin ixrac mallarının həcmi 521,7, Almaniyanınkı isə 521,6 milyard dollar məbləğində olmuşdur. "Wall Street Journal" qəzetinin yazdığına görə, dekabrda bu tendensiya dəyişməz qalmışdır.
Çin ticarət nazirinin müavini Çjun Şanın dediyinə görə, ötən il beynəlxalq ticarət sahəsində Çinin payı 8,96 və 9 faiz arasında artmışdır. Ötən il ərzində Almaniya iqtisadiyyatında 5 faiz geriləmə müşahidə edilmişdir. Hazırda Almaniya resessiyadan çıxmaqda olsa da, Çin iqtisadiyyatı kəskin surətdə yüksəlməkdədir. Beynəlxalq valyuta fondunun hesablamalarına görə, 2010-cu ildə Çin iqtisadi inkişaf səviyyəsinə görə Yaponiyanı ötüb keçəcəkdir.

Digər xəbərlər