PDF Oxu

Dünya

  • 10

Ukrayna millətçilərinin qurultayı qarmaqarışıqlığa səbəb olub

Ukrayna millətçilərinin qurultayı qarmaqarışıqlığa səbəb olub
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, "Azadlıq" Ukrayna Millətçi Partiyasının lideri Oleq Tyaqnibokun iştirakı ilə Sevastopolda keçirilən qurultayda qarşıdurma yaranmışdır. Tezliklə şəhərin mərkəzinə min nəfərədək Sevastopol sakini toplaşmışdır. Agentliyin müxbirinin məlumatına görə, O.Tyaqnibokun şəhərə gəlməsinə etiraz edən 300 nəfərə yaxın nümayişçi milis kordonunu keçərək, qurultayın keçirildiyi binaya daxil olmağa çalışmışdır. Nümayiş iştirakçıları "faşizm işinizə yaramayacaqdır" deyə qışqıraraq, millətçilərin şəkilləri olan plakatları yandırmağa başlamışlar. Hadisə yerinə gətirilmiş xüsusi xidmət dəstələri və milis mitinqçilərə qarşı zor işlətməyə məcbur olmuşdur. Bir neçə fəal nümayişçi həbs edilmişdir. "İnterfaks"ın məlumatına görə, 10-dan çox partiya və ictimai təşkilatın 1500-dən çox nümayəndəsinin iştirak etdiyi nümayişdə 6 nəfər həbs edilmişdir. Qarşıdurma zamanı yaxınlıqdakı mədəniyyət mərkəzi ətrafındakı avtomobillərin şüşələrini sındırmışlar.

Digər xəbərlər