PDF Oxu

Dünya

  • 13

ABŞ səfirliyini təhdid edən şəxs həbs edilib

ABŞ səfirliyini təhdid edən şəxs həbs edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yavarın 6-da Yəmənin xüsusi xidmət orqanı əməkdaşları "Əl-Kaidə"nin üç döyüşçüsünü ələ keçirmişlər. Onlardan biri təşkilatın yerli şöbəsinin başçısı Məhəmməd əl-Hanq olmuşdur. Belə ehtimal olunur ki, Sanada yerləşən ABŞ, Böyük Britaniya və İspaniya səfirliklərinə məhz həmin şəxs hədə və təhdidlər ünvanlamışdır. Həmin şəxslər Sananın şimalında yerləşən Rayd şəhərinin xəstəxanasında həbs edilmişlər. Silahlılar həkimlərə müraciət edib, iki gün əvvəl aldıqları yaraları müalicə etdirmək istəmişlər. Məlum olduğu kimi, Yəmən hökuməti həmin günlərdə genişmiqyaslı antiterror əməliyyatı keçirmişdir. Bir müddət əvvəl, belə bir məlumat verilirdi ki, Yəməndəki ABŞ səfirliyi yanvarın 3-də "Əl-Kaidə"nin yerli şöbəsindən aldığı təhdid dolu xəbərdarlıqdan sonra bağlanmışdır. Hədə-qorxu müəllifi bütün müsəlmanları amerikalıları məhv etməyə çağırmışlar. ABŞ səfirliyindən az sonra Böyük Britaniya və İspaniya səfirlikləri də bağlanmışdır. Yanvarın 5 və 6-da hər üç diplomatik missiya öz fəaliyyətini bərpa etmişdir.

Digər xəbərlər