PDF Oxu

Dünya

  • 10

Misirdə xristian kilsəsinə atəş açılıb

Misirdə xristian kilsəsinə atəş açılıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misirin Naq-Hammadi şəhərində yerləşən Kopt kilsəsinə açılmış atəş nəticəsində ən azı altı nəfər həlak olmuşdur. İnsident yanvarın 7-də gecə yarısı Mövlud mərasimi başa çatdıqdan sonra baş vermişdir. Kilsə yaxınlığından keçən avtomobildən atılan fasiləsiz atəş ibadətə gələnləri haqlamışdır. Polisin ehtimalına görə, atəş açanlar iki nəfər olmuşdur. Naq-Hammadi şəhəri Misirin Çena əyalətində yerləşir və regionda yoxsul və mühafizəkar mövqeli bir əyalət hesab edilir. Bu şəhər özünün genişmiqyaslı tarixi abidələri ilə tanınan Luksor kurortu şəhərinin 20-30 kilometrliyində yerləşir. Misirdə başlıca din islam dinidir. Xristian Kopt əhalisi ölkənin 80 milyonluq əhalisinin 10 faizini təşkil edir. Bu xristianlar dəfələrlə radikal mövqeli müsəlmanların hücumu ilə üzləşmişlər. Məsələn, 2009-cu ilin noyabrında Misirin cənubunda yerləşən Farşut şəhərində baş vermiş xristian talanları nəticəsində yeddi mağaza yandırılmışdır ki, onların sahibləri yerli Kopt xristianları olmuşdur.

Digər xəbərlər