PDF Oxu

Dünya

  • 16

Obama Amerikanın kəşfiyyat xidməti orqanlarını tənqid edib

Obama Amerikanın kəşfiyyat xidməti orqanlarını tənqid edib
ABŞ prezidenti Barak Obama dekabrın 25-də Amsterdamdan Deytroya uçan "Delta-Nothwest" laynerinin bortunda terror cəhdinin qarşısının alınmamasını Amerika kəşfiyyat xidməti əməkdaşlarının fəaliyyətinin yarıtmazlığı ilə əlaqələndirmişdir.
"Fox Nyus"un məlumatına görə, ABŞ prezidenti bu bəyanatını Amerika hüquq-mühafizə və kəşfiyyat xidməti rəhbərləri ilə söhbətindən sonra vermişdir. ABŞ prezidenti Amerika xüsusi xidmət orqanlarının təyyarənin bortuna partlayıcı qurğu keçirən nigeriyalı Ömər Faruk Abdulmutallimin əməlinin qarşısını almaq üçün kifayət qədər informasiyalara malik olduqlarını bildirmişdir. Prezident belə hesab edir ki, orqan əməkdaşları haqqında söhbət gedən şəxsi "qara siyahı"ya salmış olsaydılar, o, laynerin bortuna partlayıcı qurğu apara bilməzdi. ABŞ prezidenti belə hesab edir ki, kəşfiyyat xidməti orqanları toplanmış məlumatlardan yanlış istifadə etmişlər və o, buna dözmək fikrində deyildir. Bundan sonra B.Obama kəşfiyyat orqanlarının işlərinin nəticələrini "fəlakətli situasiya" kimi qiymətləndirmişdir.
Nigeriya bankirinin 23 yaşlı oğlu Ömər Faruk dekabrın 25-də "Delta-Nothwest" bortuna partlayıcı qurğu ilə daxil olması kəşfiyyat orqanlarının işinin zəifliyinə dəlalət edir. Paltarının altında bomba gizlətmiş Ömər Faruk onu işə salsa da, partlayıcı qurğu işə düşməmiş, nəticədə cüzi alışma baş verərək, terrorçuya xətər yetirmişdir. Yanıq yarası almış Ömər Faruk həbs edilmişdir. Müstəntiq qarşısında ifadə verən kamikadze terror aktının arxasında "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin dayandığını və təlimatı Yəməndən aldığını etiraf etmişdir.

Digər xəbərlər