PDF Oxu

Dünya

  • 11

İki atom bombardmanın yeganə şahidi vəfat etdi

İki atom bombardmanın yeganə şahidi vəfat etdi
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Xirosima və Naqasakidə törədilmiş iki atom bombrdmanının yeganə şahidi olan 93 yaşlı Sutomu Yamaquçi yanvarın 4-də ağ ciyər xərçəngindən vəfat etmişdir.
1945-ci ilin 6 avqustunda Xirosima şəhərinə ilk atom bombası atılarkən S.Yamaquçi həmin şəhərdə gəmi tikintisi işləri ilə əlaqədar məzuniyyətdə olmuşdur. O, partlayış zonasına düşərək, bədəninin sol tərəfinin yanığını almışdır. O, ertəsi gün qatarla şəhərdən çıxmaq istərkən, partlayış episentrinə iki kilometr yaxınlaşdığı üçün qalıq radiasiyası şüalanmasına məruz qalmışdır.
Avqustun 9-da mühəndis doğma şəhəri Naqasakiyə qayıtdıqdan sonra, amerikalılar bu şəhərə ikinci atom bombasını atmışlar. Avqustun 13-də doğmalarını axtaran S.Yamaquçi ikinci dəfə partlayışın episentrinə yaxın olduğudan, daha bir radiasiya dozası almışdır. Yaponiya hökuməti S.Yamaquçini hər iki atom partlayışı zamanı Xirosima və Naqasiki şəhərlərində olan yeganə adam olduğunu təsdiq etmişdir.
Rəsmi məlumata görə, atom bombardmanından sonra Xirosimada 140, Naqasakidə isə 74 min nəfər həlak olmuşdur.

Digər xəbərlər