PDF Oxu

Dünya

  • 5

Ukrayna MSK-sı prezident seçkilərinə çəkiləcək xərci hesablayıb

Ukrayna MSK-sı prezident seçkilərinə çəkiləcək xərci hesablayıb
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 5-də Ukrayna Mərkəzi Seçki Komissiyası 2010-cu ildə keçiriləcək Ukrayna prezident seçkiləri zamanı dövlət xərclərinin 969,6 milyon qriven (120 milyon dollar) həddində olacağını bəyan etmişdir. Bu məbləğə Ukrayna MSK-sının 22 milyon 646 min qriven, dairə komissiyalarının 20 milyon 57 min qriven, sahə komissiyalarının 462 milyon 368 min qriven və əlavə olaraq, təkrar səsvermənin keçirilməsi üçün 458 milyon 800 min qriven vəsait daxildir. Seçkilərin keçirilməsi üçün vəsaiti Ukrayna dövlət xəzinəsi və maliyyə nazirliyi ayırmalıdır. Ancaq Ukraynanın 2010-cu il dövlət büdcəsi, hələlik, təsdiq edilməmişdir. Ukraynada prezident seçkilərinin birinci turu yanvarın 17-də keçiriləcəkdir. Bundan iki həftə sonra seçkilərin ikinci turunun keçirilməsi nəzərdə tutulur. Analitiklərin hesablamalarına görə, seçkilərin ikinci turuna Ukraynanın baş naziri Yuliya Timoşenko və müxalifət lideri Viktor Yanukoviç keçəcəkdir. Prezident seçkilərində onlardan başqa Viktor Yuşşenko, Anatoli Qritsenko, Oleq Tyaqnibok və digər namizədlər də təmsil olunurlar.

Digər xəbərlər