PDF Oxu

Dünya

  • 14

ABŞ Apellyasiya Məhkəməsi Mussayinin ömürlük cəzasını saxlayıb

ABŞ Apellyasiya Məhkəməsi Mussayinin ömürlük cəzasını saxlayıb
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın yanvarın 4-də Apellyasiya Məhkəməsi 11 sentyabr 2001-ci il terror aktlarında iştirakına görə, ömürlük həbs cəzası almış Zəkəriyyə Mussayinin cəza müddətini saxlamışdır. Nyu-York terror aktlarına görə, ittiham edilən yeganə müttəhim Mussayiyə ömürlük həbs cəzası 2006-cı ildə verilmişdir. O vaxt müttəhim cinayətkar danışıqlara qoşulduğunu etiraf etsə də, terror aktları ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Sonralar Z.Mussayi verdiyi ifadələrdən imtina etmişdir. Apellyasiya Məhkəməsi zamanı müttəhim müdafiə olunması üçün hakimiyyət dairələrinin onun əleyhinə heç bir dəlil-sübut təqdim etmədiklərini xatırlatmışdır. Hətta bundan sonra da, üç kollegiya hakimi Z.Mussayinin şikayətini əsassız olduğunu bəyan etmişdir. Xatırladırıq ki, əslən mərakeşli olub, Fransının şimalında doğulmuş Z.Mussayi 11 sentyabr terror aktlarından bir ay əvvəl həbs edilmişdir. Müşahidəçilərin təsdiq etdiklərinə görə, müttəhimin təyyarə qaçırması üçün heç bir dəlil-sübut olmasa da, onun şifahi olaraq, Üsamə bin Ladenin şəxsi tapşırığı ilə təyyarəni Ağ Ev binasına çırpmağa hazır olduğunu bildirməsi həbsi üçün əsas olmuşdur.

Digər xəbərlər