PDF Oxu

Dünya

  • 13

Zəlzələ Tacikistana 1,5 milyon dollar zərər vurub

Zəlzələ Tacikistana 1,5 milyon dollar zərər vurub
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 2-də Tacikistanda baş vermiş zəlzələ ölkəyə 1,5 milyon dollar zərər vurmuşdur. Məlumatı agentliyə Tacikistanın Vaca rayonunun administrasiya başçısının müavini Əzimcan Şəmsəddinov vermişdir. Onun dediyinə görə, Vaca rayonu zəlzələdən daha çox zərər çəkmiş və 1050 yaşayış binası yerlə yeksan olmuşdur. Evsiz-eşiksiz qalanlar məktəblərdə, uşaq bağçalarında və digər dövlət müəssisələrində yerləşdirilmişdir. "Biz adamların küçələrdə qalmamaları üçün əlimizdən gələni əsirgəmirik" deyə Ə.Şəmsəddinov bildirmişdir. Tacikistanda baş vermiş zəlzələnin maqnituda gücü 5,3 həddində olmuşdur. Zəlzələnin episentri Düşənbədən 235 kilometr şərqdə yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətinin Xoroq administrasiya mərkəzinin 80-cı kilometrində olmuşdur.

Digər xəbərlər