PDF Oxu

Dünya

  • 20

Rusiya 22 ton kimyəvi silahı məhv edəcək

Rusiya 22 ton kimyəvi silahı məhv edəcək
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın kimyəvi silah ehtiyatlarının son dördüncü mərhələsində, məhv edilməsi gözlənilən 22 ton zəhərli maddəsi qalmışdır. Bu məlumatı agentliyə beynəlxalq "Kimyəvi silahların qadağan edilməsi haqqında konvensiyası"nın Rusiya milli orqanı üzrə rəhbəri Viktor Xolstov vermişdir. Onun dediyinə görə, qısa vaxt ərzində Bryansk vilayətinin Poçep şəhəri və Udmurt Respublikasının Kizner qəsəbəsində kimyəvi silahların məhv edilməsi üzrə obyekt inşa ediləcəkdir. Bir müddət əvvəl, bəzi Rusiya məmurları kimyəvi silahların qalan hissəsinin 2012-ci ildə məhv ediləcəyini bildirirdilər. Noyabrın 25-də məlum olmuşdur ki, Rusiya üçüncü mərhələnin öhdəliklərini vaxtından əvvəl yerinə yetirərək, kimyəvi silahının 45 faizini, yəni 18 min tonunu məhv etmişdir. 2007-ci ildə başa çatan ikinci mərhələdə Rusiya 8 min ton, 2003-cü ildə başa çatmış birinci mərhələdə 400 ton kimyəvi silahını məhv edilmişdir. 2009-cu ilin aprelində kimyəvi silahların qadağan edilməsi üzrə təşkilatın direktrou Roxelio Pfifterin dediyinə görə, kimyəvi silahlara malik olan ölkələr öz ehtiyatlarının 44 faizini məhv etmişlər.

Digər xəbərlər