PDF Oxu

Dünya

  • 10

Livan ordusu İsrail qırıcılarına atəş açıb

Livan ordusu İsrail qırıcılarına atəş açıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Livan ordusu hava sərhədini pozmuş İsrail qırıcılarını zenit toplarından atəşə tutmuşdur. Atəşə tutulmuş qırıcı təyyarələr dərhal Livanın hava sərhədini tərk etmişlər. "Sinxua" agentliyinin məlumatına görə, Livanın hava məkanını İsrailin dörd ədəd "F-4 Phontom" qırıcı təyyarəsi pozmuşdur. İsrailin Müdafiə Ordusunun nümayəndələri insidentin təhqiqatının aparıldığını bildirmişlər. Livan hökuməti və BMT sülhməramlıları Livanın cənub hissəsində İsrail qırıcılarının ölkənin hava məkanını pozması ilə BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozduğunu bildirmişlər. Məlum olduğu kimi, İsraillə "Hizbullah" silahlıları arasında davam edən 34 günlük silahlı toqquşmaya bu sənədlə son qoyulmuşdur.

Digər xəbərlər