PDF Oxu

Dünya

  • 13

İsrail Şərqi Yerusəlimdə əlavə 700 mülk inşa edəcək

İsrail Şərqi Yerusəlimdə əlavə 700 mülk inşa edəcək
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail hökuməti dekabrın 28-də belə bir bəyanat vermişdir ki, Şərqi Yerusəlimdə əlavə 692 ev inşa edəcəkdir. İsrailin yaşayış siyasəti nazirliyi nümayəndəsinin dediyinə görə, bu planın gerçəkləşməsi gənc yəhudi ailələrinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Fələstin Muxtariyyəti prezidenti Mahmud Abbasın mətbuat katibi Nabil Əbu Rzainah İsrailin bu bəyanatını pisləyərək, ABŞ və beynəlxalq ictimaiyyətin mübahisəli ərazilərdə yaşayış sahəsinin tikintisinə yol verməyəcəyini bildirmişdir. Onun fikrincə, İsrail günü-gündən sülh prosesinə hazır olmadığını təsdiqləyir. Noyabrın 25-də İsrail hökuməti İordan çayının Qərb sahilində mənzil tikintisini rəsmi surətdə dondurmalı olmuşdur. Bununla belə, İsrail bəyan etmişdir ki, bu məhdudiyyət Şərqi Yerusəlimə şamil edilmir. Bu ilin iyulunda İsrailin baş naziri Binyamin Netaniyaqu ABŞ-ın Yaxın Şərq məsələləri üzrə həmsədri Corc Mitçellə görüşdükdən sonra həm İordan çayının Qərb sahilində, həm də Şərqi Yerusəlimdə mənzil tikintisini dayandırmışdır. Ancaq sentyabrda bu məsələdə Vaşinqtonun mövqeyində yumşalma hiss edildikdən sonra İsrail hökuməti yenidən mənzil tikintisi məsələsinin müzakirəsinə qayıtmışdır.

Digər xəbərlər