Müxalifət yenə də məğlub oldu
Ölkəmizdə demokratik prinsiplərə tam cavab verən bələdiyyə seçkiləri keçirildi. Bu seçkilərdə heç bir qanun pozuntusuna yol verilmədi və seçkilər yüksək səviyyədə baş tutdu. Respublikamızda keçirilmiş seçkilərin uğurlu sonluqla nəticələndiyini beynəlxalq təşkilatlarda təstiqlədi.
Lakin hər zaman olduğu kimi, reallığı qəbul etmək istəməyən radikal müxalifətçilər, yenə də, ədalətli qərar verməyərək, bu seçkiləri də pislədilər. Hər hansı bir məsələ haqqında mənfi fikirlər bildirərkən, müxalifətçilər öz qüsurlarını görmədən, qəbul etmədən müzakirələrə başlayırlar. Əslində isə, onlar özləri ciddi qüsurlara yol verdiklərini anlamalı və seçkinin uğurlu keçdiyini qəbul etməli, həmçinin, məğlubiyyətləri ilə barışmalıdırlar.
Heç bir sosial bazası və siyasi gücü olmayan, siyasi səriştəsizlik imici qazanan, xalqın inamını çoxdan itirmiş radikalların məğlub olacaqları əvvəlcədən məlum idi. Maraqlı cəhət isə budur ki, müxalifətçilər əvvəlki seçkilərə olduğu kimi, fəaliyyətsizliklərinin nəticəsində bu seçkiyədə maraq göstərmir və sonradan isə etiraz etməyə başlayırlar. Axı halva-halva deməklə ağız şirin olmur...
Radikalların rəhbər olduğu müxalifət partiyaları seçki öncəsi heç bir təbliğat kampaniyasına qoşulmur, heç bir aktivlik göstərmir və respublikada həyatın önəmli proseslərdən sayılan seçkilərə maraqla yanaşmırlar. Lakin bütün bu reallıqlara baxmayaraq, sonra özlərini qalib görmək istəyir və etiraz səsələrini ucaldırlar. Nəyə və niyə etiraz etdiklərini də bilmirlər. Seçkidən sonra istər Müsavat partiyasının, istər AXCP (i)-nin və istərsə də digər yersiz fikirlər söyləyən müxalifət partiyalarının iddiaları tamamilə yanlışdır və həqiqətə uyğun deyil, reallıqdan uzaqdır. Təbii ki, onlar üçün həqiqəti qəbul etmək çox çətindir. Amma bu çətinliyə baxmayaraq, onlar sonda reallıqları, hər zaman olduğu kimi, yenə də qəbul edəcəklər. Bir məsələni unutmaq olmaz ki, xalqına xidmət etməyən bu radikalları xalq heç bir seçkilər də dəstəkləməyəcdir. Seçkidə namizədliyini irəli sürən müxalifətçilər və ya müxalifət partiyaların üzvləri çox yaxşı dərk etməlidirlər ki, xalqın onlara, onların siyasi fəaliyyətlərinə inamı qalmayıb və vətəndaşlar müxalifətçilərin xalq üçün hansısa müsbət fəaliyyət göstərə biləcəklərinə inanmır. Bütün bunları bilən müxalifətçilərin bələdiyyə seçkiləri ilə bağlı söylədikləri əsassız mənfi fikirləri gülməlidir və ağılabatan deyil. Onlar bu saxta fikirləri ilə yenə də özlərini gülüş obyektinə çevirmiş oldular. Yaxşı olar ki, radikallar gülüş obyektinə çevrilməkdənsə, öz hökmləri ilə siyasi səhnədən getsələr, daha yaxşı olar.