PDF Oxu

Dünya

  • 13

Timoşenko seçkilərdə qalib gəldikdən sonra Yanukoviçə rişxənd edəcək

Timoşenko seçkilərdə qalib gəldikdən sonra Yanukoviçə rişxənd edəcək
"Fokus" jurnalının yazdığına görə, Ukraynanın prezidentliyə namizədi olan baş nazir Yuliya Timoşenko seçkilərdə qalib gəldikdən sonra, Viktor Yanukoviçə bəzi mətləbləri qandıracağını bildirmişdir.
"Mən ona bu mövzuda bir SMS göndərəcəyəm: nə oldu? Dəqiq nə deyəcəyimi hələ götür-qoy etməliyəm. Güman edirəm ki, belə bir fikir ifadə edəcəyəm: "Təbrikə görə təşəkkür edirəm. Mən əmin idim ki, qələbəmə inanırdınız. Ancaq sizin qeyri-qanuni yolla özəlləşdirdiyiniz evinizi sizdə saxlaya bilməyəcəyəm. Çünki bu məsələ mənim nəzarətim altında deyil" deyə Y.Timoşenko jurnala verdiyi müsahibəsində bildirmişdir.
Y.Timoşenko müsahibəsində bildirmişdir ki, "Viktor Yuşşenko dialoq zamanı mənə uduzduqdan sonra, çətin ki, yanvarın 17-də mənimlə ünsiyyətə girsin. Hələ ikinci tur bir yana qalsın." Baş nazir qələbə çalacağı təqdirdə, V.Yuşşenko və V.Yanukoviçə hər hansı dövlət postu etibar etmək fikrində olmadığını bildirmiş və seçkilərdən sonra həmkarlarının "mum fiqurlarını muzeylərdə görmək istədiyini" vurğulamışdır. O, uğursuzluğunu, əsla, ağlına belə gətirmək istəmir.
"Fokus"a verdiyi müsahibəsində Y.Timoşenko öz həyatı haqda da məlumat vermişdir. Onun dediyinə görə, ingilis kürəkəni Şon Karr Ukrayna dilində danışmağa başlasa da, hələ Nikolay Azarov səviyyəsində ünsiyyət yarada bilir. Y.Timoşenko nəvəsi doğulduqdan sonra da, nənə adı daşımayacağını bildirmişdir: "Mənə elə gəlir ki, nənə status yox, ruhi vəziyyətdir və mən bu cür vəziyyətə hazır deyiləm."
Hazırda Ukraynada seçkiönü kampaniyası davam etdirilməkdədir. Prezident seçkiləri üzrə aparılan kampaniyada liderlik uğrunda mübarizədə, bir neçə aydır ki, V.Yanukoviç və Y.Timoşenko irəlidə getməkdədir. Seçkilərin birinci turu yanvarın 17-də başlayacaqdır.

Digər xəbərlər