PDF Oxu

Dünya

  • 14

Taliblər Pakistanın şimali-qərbində üç məktəb partladıblar

Taliblər Pakistanın şimali-qərbində üç məktəb partladıblar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, dekabrın 25-də "Taliban" hərəkatı döyüşçüləri Pakistanın şimali-qərbində üç məktəb partlatmışlar. Agentliyin müxbirinin dediyinə görə, partlayıcı qurğu səhərə bir-iki saat qalmış Əfqanıstanın sərhəd Hayber bölgəsindəki iki dövlət kişi məktəbi yaxınlığında işə salınmışdır. Aralarında 1,5 kilometr məsafə olan ibtidai və orta məktəblərdə partlayış törədilmişdir. Üçüncü partlayış dekabrın 25-də Peşəvər şəhərinin rayonlarından birinin kişi orta məktəbində törədilmişdir.
Partlayışlar nəticəsində bədən xəsarəti alan olmamışdır. Çünki həmin vaxtlarda məktəblər boş olmuşdur. Ancaq binalar ciddi xəsarət almışdır. Pakistanın hakimiyyət dairələri partlayışların məsuliyyətini "Taliban" hərəkatı döyüşçülərinin üzərinə qoymuşdur. Onların dediklərinə görə, 2009-cu ilin sentyabrında sərhəd bölgələrində genişmiqyaslı hərbi əməliyyatlar keçirildiyinə görə, taliblər əks-hücuma keçmək qərarı qəbul etmişlər.

Digər xəbərlər