PDF Oxu

Dünya

  • 9

Rusiya Belorusla “neft müharibəsi” başlamayacağını vəd edib

Rusiya Belorusla “neft müharibəsi” başlamayacağını vəd edib
"Röyter" informasiya agentliyinin Rusiyanın Belorusdakı səfiri Aleksandr Surikova əsaslanaraq, yaydığı məlumata görə, Rusiya razılaşma sənədinin imzalandığı 2010-cu ilin 1 yanvarınadək Belorusa neft qoyuluşunu dayandırmayacaqdır. Agentlik xəbər verir ki, ölkələr arasındakı yeni müqavilədə yalnız neft qoyuluşu məsələsi yox, həm də Belorus neft müəssisələrinin Rusiya kompaniyalarına borc məbləğlərinin ödənməsi də nəzərdə tutulacaqdır. A.Surikovun dediyinə görə, yeni razılaşma sənədi fevralda imzalanacaq və bu vaxtadək Rusiya Belorusa neft qoyuluşunu davam etdirəcəkdir.
Belorus il ərzində Rusiyadan 21,5 milyon ton neft alır. 60 milyon ton neft isə Belorus ərazisindən Avropaya ötürülür. Xatırladırıq ki, 2007-ci ildə Rusiya, Qərb qonşuları ərazisinə neft qoyuluşunu dayandırdıqdan sonra, Moskva ilə Minsk arasında "neft müharibəsi" başlandı. Rusiya və Belorus prezidentləri Dmitri Medvedev və Aleksandr Lukaşenko dekabrın 10-da görüşdükdən sonra məsələyə obyektiv prizmadan baxılacağı qərara alındı.

Digər xəbərlər