PDF Oxu

Dünya

  • 5

Gürcüstan Rusiya ilə sərhədi açıb

Gürcüstan Rusiya ilə sərhədi açıb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Moskva və Tbilisi Rusiya-Gürcüstan sərhədində yerləşən "Kazbeqi-Yuxarı Lars" nəzarət-keçid məntəqəsini açmaq haqda razılığa gəlmişdir. Bu məlumatı Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze təsdiq etmişdir. Onun dediyinə görə, razılaşma dekabrın 23-də İsveçrənin vasitəçiliyi ilə əldə edilmişdir. Danışıqlara əsasən, nəzarət-keçid məntəqəsi martın əvəllərindən etibarən fəaliyyətə başlayacaqdır. Rusiyanın kütləvi informasiya vasitələri bu nəzarət-keçid məntəqəsinin açılacağı haqda hələ noyabr ayının əvvəllərində məlumat vermişdilər. Danışıqların texniki tərəfi Ermənistan vasitəsilə qapalı rejimdə aparılırdı. Rusiya və Gürcüstan ərazisindəki quru sərhəd 2006-cı ildə Rusiya zabitlərinin Tbilisi hərbçiləri tərəfindən həbs edilmələri ilə əlaqədar bağlanmışdır. İşin dayandırılmasının rəsmi səbəbi kimi təmir işlərinin aparılması göstərilirdi. Təmir Rusiya tərəfindən may ayında, Gürcüstan tərəfindən isə sentyabrda başa çatmışdı. "Yuxarı Lars" nəzarət-keçid məntəqəsi Rusiya və Gürcüstan ərazsində yeganə keçid yoludur. Digər yollar Cənubi Osetiya və Abxaziya ərazsindən keçir.

Digər xəbərlər