PDF Oxu

Dünya

  • 11

Bin Ladenin itkin düşmüş qohumları İranda tapılıb

Bin Ladenin itkin düşmüş qohumları İranda tapılıb
"Tayms" qəzetinin yaydığına görə, İran hökuməti 2001-ci ildən etibarən Üsamə bin Ladenin bir arvadını, altı uşağını və on bir nəvəsini Tehranın altında yerləşən gizli sığınacaqda saxlayır. Son vaxtlaradək həmin şəxslər itkin düşmüşlər siyahısına daxil edilmişdilər. Ancaq bir ay əvvəl həmin şəxslər öz qohumları ilə əlaqə saxlamağa müvəffəq olmuşlar. Bin Ladenin qohumları İrana 11 sentyabr 2001-ci il terror aktları ərəfəsində Əfqanıstan ərazisindən keçərək gəlmişdilər. İran hökuməti onları ələ keçirib, öz mənafeləri naminə gizli sığınacaqda yerləşdirmişdir. Bu müddət ərzində rəsmi Tehran Üsamə bin Ladenin ailəsini İran ərazisində olmasını inkar etmişdi. Bin Ladenin oğlu Ömərin qohumlarının dediyinə görə, İran hökuməti onlarla nə edəcəyini bilməyib, təhlükəsizliklərini təmin etməyə məcbur olmuşdu. Sərbəst gəzmək üçün onlar üçün hər bir şərait yaradılmışdır. "Mən İranın hakimiyyət dairələrinə öz təşəkkürümü bildirirəm" deyə Ömər bildirmişdir. O, belə hesab edir ki, uşaqları atalarının əməllərinə görə ittiham etmək olmaz. Ömər atasının mövqeyini qəbul etmir və 2000-ci ildən etibarən onunla əlaqəyə girmir. Bəzi məlumatlara görə, Üsamə bin Ladenin dörd arvaddan 19 uşağı olmuşdur.

Digər xəbərlər