PDF Oxu

Dünya

  • 11

Əfqanıstan polisi təsadüfən parlament üzvünü güllələyib

Əfqanıstan polisi təsadüfən parlament üzvünü güllələyib
"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, Əfqanıstan parlamentinin üzvü Məhəmməd Yunos Şrinaqa və oğlu dekabrın 23-nə keçən gecə Əfqanıstan polisi tərəfindən güllələnmişlər. İnsident Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində baş vermişdir. Qəzetin məlumatına görə, Əfqanıstan polisi deputatın avtomobilini taliblərinki ilə səhv salıb, ona atəş açmışdır. Nəşr məlumat verir ki, polislər həmin ərazidə taliblərin yaralı komandirinin ələ keçirilməsi üçün əməliyyat keçirirdilər. Yaralı komandir yüngül avtomobillə həmin yerdən keçməli idi. Həmin gecə saat 02.30 radələrində Şrinaqa və oğlu ilə seçicilərlə görüşdən qayıdırdı. Polislərin məlumatına görə, deputatın avtomobili keçid məntəqələrindən birinin yanında dayandıqdan sonra, ona məhvedici atəş açılmışdır. Polislər avtomobilə xəbərdarlıq atəşi açmamışlar. Deputatın müşayiət edən hüquqşünas və iki mühafizəçisi insidentdən sonra sağ qalmışdır. Əfqanıstan prezidenti Həmid Karzay hadisənin ciddi təhqiqatının aparılmasını tələb etmişdir.

Digər xəbərlər