PDF Oxu

Dünya

  • 10

Misir ABŞ-dan 436 milyon dollar məbləğində silah və hərbi texnika alacaq

Misir ABŞ-dan 436 milyon dollar məbləğində silah və hərbi texnika alacaq
"Defence Talk" və "Defence Aerospace" nəşrlərinin məlumatına görə, ABŞ-ın müdafiə təhlükəsizliyi agentliyi və müdafiə nazirliyi əməkdaşlığı təşkilatı (DSCA) Konqresə bu məzmunda məktub göndərmişdir ki, Misirə 436 milyon dollar məbləğində silah satmaq imkanı yarana bilər. İlk mümkün müqavilədən sonra ABŞ Misirə 145 milyon dollar məbləğində 20 ədəd gəmi əleyhinə qanadlı raket, onların 4 ədəd uçuş qurğusu, raketlərin proqram təminatçısı və texniki müşayiətedici satacaqdır. İkinci müqavilədən sonra Misir ABŞ-dan 450 ədəd "hava-torpaq" tipli raket alacaqdır. Bu müqavilənin ümumi məbləği 51 milyon dollar həcmindədir. Bundan sonra Misir ABŞ-dan iki sürətli "FMC" gəmi raketləri və onlar üçün kompleks avadanlıq almaq istəyir. Ümumi məbləğ isə 140 milyon dollar həcmindədir. 2009-cu ilin avqustunda Misir hökuməti ABŞ-dan 308 milyon dollar məbləğində altı ədəd döyüş vertolyotu almaq haqda müqavilə imzalamışdır.

Digər xəbərlər