PDF Oxu

Dünya

  • 5

Avropada şaxtadan 19 nəfər həlak oldu

Avropada şaxtadan 19 nəfər həlak oldu
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Avropada temperaturun qəflətən aşağı düşməsi və bol qar yağması ilə əlaqədar 19 nəfər həlak olmuşdur.
Həlak olanların əksəriyyəti Polşanın payına düşür. Burada ölənlərin sayı 15 nəfərə çatmışdır. Həlak olanların əksəriyyəti evsizlər və sərxoş vəziyyətdə olanlar olmuşdur. Yollarda ciddi sürüşmələr müşahidə edildiyindən, ölənlərin bir qismi avtomobil qəzalarının payına düşür. Minlərlə adam xüsusi gözləmə zallarında gecələməyə məcbur olurlar.
Nəqliyyat kompaniyaları sərnişinlərə minlərlə avro kompensasiya ödəməyə məcbur olurlar. Yük daşınmasında Avropa dəmir yolu üzrə lider hesab edilən "Avrostar" Böyük Britaniya və Fransa arasındakı yolu bərpa etməyə nail olmamışdır. Xatırladırıq ki, bu kompaniya La-Manş boğazı altındakı tunelə rəhbərlik edir ki, buradakı dəmir yolları London, Paris və Brüssel arasında əlaqə yaradır.
Dekabrın 21-də səhər yağan güclü qar Moskvada avtomobil nəqliyyatının hərəkatını iflic vəziyyətinə salmışdır. Küçə və yolların təmizlənməsi üçün minlərlə texnika, kommunal xidməti əməkdaşları çıxarılsa da, ciddi bir iş görməyə nail olunmamışdır.

Digər xəbərlər