PDF Oxu

Dünya

  • 15

Taliblər Əfqanıstan əyalətinin paytaxt binasını zəbt ediblər

Taliblər Əfqanıstan əyalətinin paytaxt binasını zəbt ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı silahlıları Əfqanıstanın Paktiya əyalətinin paytaxtı Qardize şəhərindəki binalardan birini zəbt etmişlər. Hücum dekabrın 21-də səhər yerli vaxtla 9 radələrində baş vermişdir. Polis idarəsi yaxınlığında yerləşən binaya soxulmuş taliblərlə polis arasında atışma olmuşdur. Taliblərdən ikisi öldürülmüşdür. Onlardan birinin qurşağındakı partlayıcı qurğu işə düşmüşdür.
"Röyter" agentliyinin məlumatına görə, "Taliban" üzvlərinin sayı beş nəfər olmuşdur. Məlumata görə, silahlıların hücumundan sonra Paktiya parlamentinin yığıncağı dayandırılmışdır. "Assoşieyted Press"in xəbər verdiyinə görə, şəhər mağazaları bağlanılmış, əhali öz evində gizlənmişdir. Gündüz saat 12 radələrinədək atışma davam etdirilməkdə idi.

Digər xəbərlər