PDF Oxu

Dünya

  • 9

Kiprin keçmiş prezidentinin cəsədinin axtarışı ilə İnterpol məşğul olacaq

Kiprin keçmiş prezidentinin cəsədinin axtarışı ilə İnterpol məşğul olacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kipr polisi dekabrın 10-dan 11-nə keçən gecə, ölkənin keçmiş prezidenti Tassos Papadopulosun qəbirdən çıxarılaraq, oğurlanmış cəsədinin axtarışında yardımçı olmağı İnterpoldan xahiş etmişdir. Polisin dediyinə görə, qəbrin qazılaraq, cəsədin oğurlanması əvvəldən planlaşdırılaraq, yaxşı təşkil edilmişdir. Qəbirin üst daşının ağırlığı 250 kiloqram olduğundan, belə ehtimal olunur ki, oğurluqda bir neçə nəfər iştirak etmişdir. Polis bir neçə gün ərzində, onlarla adamı dindirsə də, cinayətkarların izinə düşməyə müvəffəq olmamışdır.
T.Papadopulos 2008-ci ilin dekabrında ağ ciyər xərçəngindən vəfat etmişdir. O, 2003-cü ildə Kipr prezidenti seçilmiş və onun iqtidarı dövründə ölkə Avropa Birliyinə üzv olmuşdur. O, 1974-cü ildə hərbi konflikt nəticəsində türk və yunan hissələrinə parçalanmış adanın birləşdirilməsinin qatı əleyhdarı olmuşdur.

Digər xəbərlər