PDF Oxu

Dünya

  • 9

Pakistan tarixində böyük bank qarəti baş verib

Pakistan tarixində böyük bank qarəti baş verib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın Karaçi şəhərinin "Allied Bank"ının filialı silahlı qarətə məruz qalmışdır. Cinayətkarlar bankdan 311 milyon rupi (3,7 milyon dollar) oğurlamışlar. Bu, Pakistan tarixində oğurlanmış ən böyük məbləğdir.
Cinayətkarlar beş nəfər olmuşlar. Bank filialının mühafizəçisi də onlara qoşulmuşdur. "Business Recorder" nəşrinin məlumatına görə, mühafizəçinin adı Şahid Mehmuddur. Bank məhz bu mühafizəçinin növbəsi zamanı bazar günü səhər tezdən qarət olunmuşdur.
Qarətçilər bank filialının siqnalizasiyasını və mühafizə kameralarını söndürdükdən sonra, qaz kəsicisi vasitəsilə seyfi açmış, 700 min funt sterlinq, 150 min avro, 140 min dollar və 10 milyon Pakistan rupisi götürdükdən sonra, hadisə yerini tərk etmişlər. Polis qarətçiləri tapmasa da, oğurlanmış pulun 45 min avrosunu Mehmudun kriket oynadığı istefada olan polis əməkdaşında aşkar etmişlər. Pakistan polisinin dediyinə görə, Mehmud bank filialı qarət edilən gün çantanı həmin polisə verib sonra geri alacağını bildirmişdi.

Digər xəbərlər