Abxaziya prezident seçkilərində Baqapş qalib gəlib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, yaxın günlərdə Abxaziyada keçirilmiş prezident seçkilərində iqtiarda olan dövlət başçısı Sergey Baqapş yenidən prezident seçilmişdir.
Abxaziya MSK-sının başçısı Batal Tapaqua məlumatın doğruluğunu təsdiq etmişdir. MSK sədrinin dediyinə görə, seçicilərin 59,4 faizi S.Baqapşa səs vermişdir. Keçmiş vitse-prezident Raul Xacimba 15,4, "Abxaziya Dəniz Gəmiçiliyi" dövlət kompaniyasının direktoru Zaur Ardzinba 10,8, müxalifətçi Abxaziya İqtisadi İnkişaf Partiyasının lideri Beslan Butbu 7,9, heç bir partiya mənsubiyyəti olmayan işsiz Vitali Bqanbu isə 1,5 faiz seçici səsi qazanmışdır.
"İTAR-TASS"-ın məlumatına görə, V.Bqanbu dekabrın 14-də səhər S.Baqapşı təbrik etmişdir. R.Hacinba isə "İnterfaks"a verdiyi bəyanatda seçkinin nəticələrindən şikayət edəcəyini bildirmişdir. Onun fikrincə, seçkilərin gedişində ciddi qanun pozuntusu müşahidə edilmişdir. Abxaziya daxili işlər naziri Otar Xetsiya seçkilərin sabit şəraitdə keçdiyini bildirmişdir. RİA "Novosti"nin məlumatına görə, əhalinin 73,4 faizi seçkilərdə iştirak etmişdir. Seçkinin gedişini izləyən beynəlxalq müşahidəçilər seçkinin legitimliyini təsdiq etmişlər. Abxaziya prezident seçkilərində Rusiya, MDB, ABŞ, Almaniya və Fransanın qeyri-hökumət təşkilatları iştirak etmişdir.