PDF Oxu

Dünya

  • 11

Sudanda BMT əməkdaşları azad edilib

Sudanda BMT əməkdaşları azad edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Sudan da BMT və Afrika Birliyinin birgə missiyasının iki əməkdaşı girovluqdan azad edilmişdir.
Onlar Darfurda sülhün qorunması yönündə missiyalarını yerinə yetirirdilər. Sudanın xüsusi xidmət orqanı əməkdaşları girovluqdan azad edilmiş şəxsləri missiyanın rəis müavininə təhvil vermişlər. Missiya nümayəndələrinin dediklərinə görə, girovlar 107 gün əsirlikdə olsalar da, heç bir bədən xəsarəti almamışlar.
Sudan Xarici İşlər Nazirliyinin nümayəndəsi Müaviyə Utmanın dediyinə görə, girov götürülmüş Nigeriya və Zimbabve vətəndaşlarının ödənc ödəmədən və güc tətbiq etmədən azad etmək mümkün olmuşdur. Girovlardan biri kişi, o birisi isə qadın olmuşdur.
BMT və Afrika Birliyi əməkdaşları cari ilin 24 avqustunda Darfurda cinayətkarlar tərəfindən girov götürülmüşlər. Haqqında söhbət gedən missiya sülhməramlı yöndə fəaliyyət göstərən ən böyük təşkilatlardan biridir. 2008-ci ilin yanvarından fəaliyyətə başlayan bu təşkilatın 2009-cu ilin payız hesablamalarına görə, 19 min əməkdaşı olmuşdur. Yaxın gələcəkdə sülhməramlı kontingentin miqdarı 26 min nəfərə çatdırılacaqdır.

Digər xəbərlər