PDF Oxu

Dünya

  • 9

Polis Kopenhagendə 200 nəfərdən çox nümayişçini həbs edib

Polis Kopenhagendə 200 nəfərdən çox nümayişçini həbs edib
"Sku Nyus" telekanalının məlumatına görə, polis bazar günü Koponhagen küçələrinə kütləvi etiraz aksiyasına çıxmış nümayişçilərdən 200 nəfərdən çoxunu həbs etmişdir. Həmin vaxt şəhərdə BMT-nin iqlimin dəyişməsi üzrə konfransı keçirilirdi. Bu ərəfədə Danimarka paytaxtına gəlmiş bir çox Avropa ölkələri fəalları konfrans üzvlərini qlobal istiləşmə əleyhinə fəal mübarizəyə çağırmışdır. İkinci gün ərzində davam edən kütləvi etiraz aksiyasına 40 min nəfərə yaxın nümayişçi toplaşmışdı. Etiraz aksiyasında kütləvi marşlar nəzərdə tutulsa da, yerli hakimiyyət orqanları mitinqin keçirilməsinə icazə verməmişdi.
Dekabrın 12-də mitinq iştirakçıları yollarını kəsmiş polislə qarşıdurma yaradaraq, ətrafdakı binaların və mağazaların şüşələrini qırmışlar. Nəticədə polis preventiv həbslər keçirərək, 968 nəfəri saxlamağa məcbur olmuşdur. Həbs edilənlərin hamısı bazar günü heç bir ittiham irəli sürülmədən, praktik olaraq, azadlığa buraxılmışdır. Şənbə günü saxlanılanlardan 13 nəfər qalmışdır.
Polisin nümayişçiləri həbsə alması "Beynəlxalq amnistiya" hüquq-müdafiə təşkilatı tərəfindən etirazla qarşılanmışdır.

Digər xəbərlər