PDF Oxu

Dünya

  • 12

Mayk Mallen Əfqanıstanda itkilərin qaçılmaz olduğunu etiraf edib

Mayk Mallen Əfqanıstanda itkilərin qaçılmaz olduğunu etiraf edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ ordusunun ən yüksək rütbəli məmuru Mayk Mallen belə bir bəyanat vermişdir ki, 2010-cu ildə ABŞ-ın Əfqanıstandakı itkilərinin sayının artacağı gözlənilir.
M.Mallen bu bəyanatı İllinoys və Kentukki ştatlarının hərbi bazalardakı çıxışı zamanı vermişdir. ABŞ rəislər qərargahının birləşmiş komitəsinin sədri M.Mallen İllinoys ştatının Kemp-Lejan dənizçi piyadalar hərbi bazasındakı çıxışı zamanı demişdir: "Son dörd onillik ərzində hərbi geyimdə görməyə nail olduğum odur ki, hazırkı dövr ən təhlükəli bir dövr kimi xarakterizə olunmalıdır". Kemp-Lejan və Kentukki ştatının Fort-Kempbell hərbi bazasının bir çox hərbçiləri ABŞ prezidenti Barak Obamanın yeni planı üzrə Əfqanıstana göndəriləcəklər.
ABŞ prezidenti B.Obama dekabrın 1-dəki çıxışında bildirmişdi ki, 2010-cu ildə ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinə 30 min əlavə hərbi qulluqçu göndəriləcəkdir. Bununla da, ABŞ-ın bu ölkədəki hərbi qulluqçularının sayı 100 min nəfərə çatacaqdır. M.Mallen Fort-Kempelldəki çıxışında demişdir: "Bu məsələdə heç bir anlaşılmazlığın yaranmasını istəməsəm də, itkilərimizin artacağı şübhəsizdir. Biz İraqdakı hərbi kontingentin miqdarını artırdığımız vaxt da bu cür hadisə müşahidə edilmişdir. Ancaq vəziyyətə nəzarət etmək baxımıdan, biz hər cür faciəyə hazır olmalıyıq."
B.Obamanın planına əsasən, 2011-ci ilin yayından etibarən Əfqanıstandakı hərbi kontingentin miqdarı azaldılmağa başlayacaqdır. Bunu Pentaqon rəhbərliyi də təsdiq etmişdir. Dekabrın 8-də qəflətən Kabula gəlmiş ABŞ-ın müdafiə naziri Robert Geyts Vaşinqtonun planını Əfqanıstan prezidenti Həmid Karzayla müzakirə etmək niyyətindədir.

Digər xəbərlər