PDF Oxu

Dünya

  • 9

Venesuela Kolumbiya ilə müharibə aparmaq üçün Rusiyadan raket alıb

Venesuela Kolumbiya ilə müharibə aparmaq üçün Rusiyadan raket alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela Rusiyadan 1000 raket qurğusu almışdır. Bu silah Kolumbiya ilə konfliktin yaranacağı təqdirdə, istifadə olunması nəzərdə tutulmuşdur.
Venesuela prezidenti Uqo Çaves öz çıxışında demişdir: "Kolumbiya hökuməti bizimlə müharibə aparmağa hazırlaşır. Bu müharibəyə hazır olmaq, onların fikirlərini neytrallaşdırmaq üçün ən yaxşı üsuldur."
Venesuelanın Rusiyadan "İqla-1S " zenit-raket kompleksləri və reaktiv qumbaralar aldığı məlumdur. U.Çavesin dediyinə görə, o, yaxın vaxtlarda Rusiyadan "T-72" tankları da alacaqdır.
Kolumbiya və ABŞ rəsmiləri Venesuela əleyhinə heç bir hərbi əməliyyat aparmayacaqlarını bəyan etmişlər. U.Çaves isə Vaşinqtonla Boqotanın Kolumbiyanın yeddi hərbi bazasında ABŞ hərbi kontingentini artırmaq haqda sənəd imzaladığını bildirmişdir. Rəsmi Boqota bu razılaşma sənədənin narkotika ticarətçiləri və ölkə əleyhinə silahlı çıxış edən üsyançılara qarşı imzalandığını bəyan etmişdir.
Son dörd il ərzində Venesuela Rusiyadan 4 milyard dollar məbləğində silah və hərbi texnika almışdır. 100 min ədəd "Kalaşnikov" avtomatı və 24 ədəd "Su" qırıcı vertolyotunda bu məbləğə daxildir. Rusiya 2009-cu ilin sentyabrında Venesuelaya 2,2 milyard dollar məbləğində kredit ayırmışdır. Venesuela bu pula Rusiyada 92 ədəd "T-72" tankı və bir neçə "Smerç" raket sistemi almağa planlaşdırır.

Digər xəbərlər