PDF Oxu

Dünya

  • 14

Yanukoviç özü və Timoşenko arasındakı fərqdən danışıb

Yanukoviç özü və Timoşenko arasındakı fərqdən danışıb
"Ukrainskiye Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidentliyinə namizəd Viktor Yanukoviç, xalqa müraciətlə etdiyi çıxışında, özü ilə başlıca rəqibi Yuliya Timoşenko arasında olan fərqdən danışmışdır. Regionlar Partiyasının liderinin fikrincə, Y.Timoşenkonun yürütdüyü siyasət onun siyasi mövqeyindən köklü surətdə fərqlənməkdədir. V.Yanukoviç belə hesab edir ki, Y.Timoşenkonun yürütdüyü siyasət təzadlı olduğundan, siyasi və iqtisadi böhrana doğru aparır. V.Yanukoviç öz siyasi mövqeyinin "milli anlaşılma" üzərində qurulduğunu bildirmiş, rəqibinin siyasi mövqeyi haqda isə demişdir: "Y.Timoşenko, beş il əvvəl olduğu kimi, bu gün də qurmağa-yaratmağa yox, mübarizə aparmağa çağırır ki, bu da ölkəni yoxsullağa və gerilməyə doğru sürükləyir. Y.Timoşenko işini yalan və nifrət üzərində qurur. Mən isə işimi həqiqət və xalqın birliyi üzərində qururam." V.Yanukoviçin fikrincə, onunla Y.Timoşenko arasındakı fərq məhz bunlardan ibarətdir. Bir müddət əvvəl, Y.Timoşenko bildirmişdi ki, seçkilərdə uğur qazanacağı təqdirdə, məhv edəcəyi adamların siyahısını tutmuşdur. Baş nazir əlavə olaraq, demişdir ki, o, natəmiz adamların "onurğa sümüyünü qıracaqdır." V.Yanukoviç isə, öz seçkiönü kampaniyası ərəfəsində, sərt ifadələrdən qaçmağa cəhd edir. Hazırda Regionlar Partiyasının lideri populyarlıqda baş naziri qabaqlamaqdadır. Onların arasındakı məsafə tədricən artmaqdadır. Xatırladım ki, reytinq cədvəlində V.Yanukoviç birinci, Y.Timoşenko isə ikinci yeri tutmuşdur.

Digər xəbərlər