PDF Oxu

Dünya

  • 9

Filippində 3 min qırğın təşkilatçısı partizanlığı seçib

Filippində 3 min qırğın təşkilatçısı partizanlığı seçib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Filippinin Maquindano əyalətində Ampatuan klanının 3 minədək silahlı tərəfdarı hakimiyyət dairələri tərəfindən ölkədə hərbi vəziyyət elan olunduqdan sonra gizlənməyə məcbur olmuşdur. Hökumət qoşunları və partizanlar arasında baş vermiş atışma nəticəsində Ampatuanın kiçik oğlu Andal öldürülmüşdür. Son silahlı toqquşma dekabrın 6-da Maquindanao əyalətinin Datu Unsey bələdiyyəsində baş vermişdir. Burada şəhər meri kiçik Ampatuandır. Tərəflərin itkiləri haqda məlumat verilmir. Andal Ampatuan noyabrın axırlarında qubernatorluğa namizəd İsmael Manqudadatu silahlıları tərəfindən həbs edilmişdir. Noyabrın 23-də kiçik Andalın kortejinə hücum zamanı 57 nəfər həlak olmuşdur ki, onların arasında Manqudadatunun arvadı və bacıları da olmuşdur. Andalı 25 qətl hadisəsində ittiham etmişlər. Kütləvi qətllərdə iştirak etmiş Fillipin klanının digər üzvləri də həbs edilmişdir. Dekabrın 4-də əyalətdə hərbi vəziyyət elan edilmişdir.

Digər xəbərlər