PDF Oxu

Dünya

  • 8

Pentaqon bir neçə il bin Ladendən xəbər tutmayıb

Pentaqon bir neçə il bin Ladendən xəbər tutmayıb
ABŞ-ın müdafiə naziri Robert Geyts etiraf etmişdir ki, onun başçılıq etdiyi təşkilat bir neçə il ərzində Üsamə bin Ladenin gizləndiyi yer haqda məlumat əldə edə bilməmişdir. Bu bəyanat R.Geytsin "This Week" proqramına verdiyi müsahibədə səsləndirilmişdir. Aparıcının "Hazırda bin Ladenin harada olmasından məlumatınız varmı" sualına R.Geyts mənfi cavab vermiş, daha sonra isə demişdir ki, o halda "bir nömrəli terrorçu" həbs edilmiş olardı. Növbəti "Müdafiə nazirliyi son dəfə bin Ladenin harada olmasından nə vaxt məlumat almışdır" sualına R.Geytes "Bir neçə il əvvəl" cavabını vermişdir. 2001-ci ilin noyabrında ABŞ Senatının xarici siyasət üzrə komitəsi bin Ladenin həbsi və məhv edilməsi haqda uğursuzluqla nəticələnən əməliyyata həsr edilmiş məruzə dərc edilmişdir. ABŞ-ın Müdafiə Nazirliyi uğursuzluğun məsuliyyətini müdafiə naziri Donald Ramsfeld və ABŞ-ın Əfqanıstandakı hərbi komandanı Tommi Frenksin üzərinə qoymuşdur. Mütəxəssislərin izahına görə, bin Ladenin məhvi ilə əlaqədar keçirilmiş əməliyyata kifayət qədər qüvvə cəlb edilməmişdir. Nəticədə, "Əl-Kaidə" lideri Əfqanıstandakı Tora-Bora mağarasındakı sığınacağını tərk etmiş və Pakistanın əl çatmaz dağlıq ərazisinə getmişdir.

Digər xəbərlər