PDF Oxu

Dünya

  • 12

Fransada məscid əleyhdarlarının sayı iki dəfə artıb

Fransada məscid əleyhdarlarının sayı iki dəfə artıb
"Le Fiqaro" qəzetinin yazdığına görə, son səkkiz il ərzində Fransada məscid tikintisi əleyhdarlarının sayı iki dəfə artmışdır. Qəzet "İFOP" ictimai rəyi öyrənən institutun hazırladığı rəy sorğusunu öz səhifələrində dərc etmişdir.
Bu institutun 2001-ci ildə apardığı rəy sorğularının nəticələrinə görə, Fransa əhalisinin 22 faizi ölkə ərazisində məscid tikintisinin əleyhinə çıxmışdır. Rəyi soruşulanların 46 faizi bu problemin onları narahat etmədiyini bildirmişlər. 2009-cu ildə keçirilmiş rəy sorğusunun nəticələrinə görə, fransızların 41 faizi məscid tikintisinə sərt münasibət ifadə etmişdir. Əhalinin 36 faizi isə bu məsələ ilə maraqlanmadığını vurğulamışdır. Fransa əhalisinin 46 faizi İsveçrədə minarə tikintisinin qadağan edilməsinə müsbət münasibət bildirmişdir. Rəyi soruşulanların 46 faizi isə məscidləri uzaqdan görməyə üstünlük verdiyini qeyd etmişdir. Fransa əhalisinin 41 faizi isə evlərinin məscidlə qonşuluqda olmasını arzulamadıqlarını ifadə etmişlər. Respondentlərin 40 faizə yaxını minarələrin tikintisi əleyhinə çıxmış, 14 faizi isə bu məsələ üzərində düşünmədiyini bildirmişdir.
Rəy sorğusunun rəhbəri Jerom Fukenin dediyinə görə, islama bu cür sərt münasibət indiyədək müşahidə edilməmişdir. "Fransa cəmiyyəti parçalanmışdır" deyə J.Fuke fikrini tamamlamışdır.

Digər xəbərlər