PDF Oxu

Dünya

  • 14

“Xe” MKİ ilə gizli əməkdaşlıq edib

“Xe” MKİ ilə gizli əməkdaşlıq edib
"Vaşinqton Post" qəzetinin yazdığına görə, "Xe" adı ilə tanınmış "Blackwater" Amerika mühafizə kompaniyası Mərkəzi Kəşfiyyat İdarəsi ilə məxfi əməkdaşlıq əlaqələrindən danışıb. "Vanitu Fair" qəzetinə müsahibə verən Erik Prinsin dediyinə görə, təmsilçisi olduğu kompaniyanın MKİ ilə əməkdaşlığı iki ay əvvəl ləğv edilmişdir. "Xe"nin MKİ ilə əməkdaşlığı haqda ilk məlumat ötən ilin yayında dərc edilmişdi. Kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdı ki, "Xe"ni "qırıcı dəstə" məxfi proqramına daxil etmişlər ki, kompaniya əməkdaşları "Əl-Kaidə" rəhbərlərinin məhv edilməsi ilə məşğul olsunlar. E.Prins qəzetə verdiyi müsahibəsində demişdir ki, onun kompaniyası "çox riskli missiya" yönündə iş aparsa da, kimlərsə siyasi dividendlər xatirinə, qəzetlərə yanlış məlumat ötürmüşlər. "Blackwater" kompaniyası, ən böyüyü 2007-ci ildə 17 dinc İraq sakinin ölümü ilə nəticələnən bir sıra qalmaqallardan sonra, öz adını dəyişməli olmuşdur. Kompaniyanın mühafizəçiləri ABŞ hərbçiləri tərəfindən işğal edilmiş ərazilərdə işləməyə məcbur edildiklərindən, onlar odlu silahlardan istifadə etməli olmuşlar. Bu zaman onların açdıqları atəş dinc sakinlərin də ölümünə səbəb olmuşdur.

Digər xəbərlər