PDF Oxu

Dünya

  • 7

Barak Obama Əfqanıstana 2011-ci ilin iyulunda qoşun yeridəcək

Barak Obama Əfqanıstana 2011-ci ilin iyulunda qoşun yeridəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Əfqanıstana 30 min hərbi qulluqçunu 2011-ci ilin iyulundan tez olmayaraq yeridəcəkdir. Hadisələrin bu cür gedişi Barak Obama adminstrasiyasının Əfqanıstan üzrə strategiyasından irəli gəlir. Dekabrın 1-də ABŞ prezidenti Vest-Poynt hərbi akademiyasında etdiyi çıxışı zamanı bu strategiyanın başlıca tezislərini sadalamalı olmuşdur.
Ağ Ev tərəfindən yayımlanan rəsmi məlumatda deyilir ki, yeni strategiyanın layihəsinə əsasən, ABŞ-ın 30 min hərbi qulluqçudan ibarət əlavə hərbi kontingenti 2010-cu ilin əvvələrindən Əfqanıstana göndəriləcəkdir. Amerika hərbi dairələri 2011-ci ilin iyulunadək öz hərbi kontingentlərini Əfqanıstan rəhbərliyinin səlahiyyətlərinə keçirəcəklər. ABŞ prezidenti prosesin sürətlənməsi məqsədi ilə Əfqanıstan əsgərlərinin Amerika mütəxəssisləri tərəfindən döyüşə hazırlanmasını öz üzərinə götürəcəyini bildirir. B.Obama belə hesab edir ki, Əfqanıstanın silahlı qüvvələrinin imkanlarının genişlənməsini ölkədə hakimiyyətin Əfqanıstan xaqının əlinə keçməsinə zəmin yaradacaqdır.
Əfqanıstana hərbi müdaxilə 2001-ci ildə başlanmışdır. Qoşun yeridilməsinin formal səbəbi 11 sentyabr terror aktlarından sonra "Taliban" hökumətinin "Əl-Kaidə" lideri Üsamə bin Laden və terrorçu təşkilatın digər rəhbərlərinin Vaşinqtona təqdim edilməsindən imtina etməsi olmuşdur. Hazırda Əfqanıstanda 68 min nəfərlik ABŞ hərbi kontingenti olsa da, Vaşinqton NATO bloku müttəfiqləri ilə birlikdə taliblər üzərində qələbə çalmağa nail olmamışdır.

Digər xəbərlər