Doku Umarovun silahlıları Moskva-Sankt-Peterburq qatarının partladılmasının məsuliyyətini öz üzərlərinə götürüblər
"Qafqaz Mücahidləri" komandanlığı dekabrın 2-də saytlardan birində yerləşdirdiyi məlumata görə, noyabrın 27-də Moskvadan Sankt-Peterburqa gedən 166 nömrəli "Nevski eksperss" qatarının partladılmasının məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir. Bəyanatda deyilir ki, terror aktı Rusiya ərazisindəki strateji obyektlərə zərbə endirmək əməliyyatı dairəsində yerinə yetirilmişdir. Mücahidlərin dediklərinə görə, onlar Doku Umarovun sərəncamı əsasında hərəkət etmişlər. Silahlılar bildirirlər ki, partlayış xüsusi təxribat qrupu tərəfindən yerinə yetirilmişdir və "rus təcavüzkarları Qafqazda sadə müsəlmanların siyasi qatillərinə son qoyanadək davam edəcəkdir."
"Qafqaz Mücahidləri" partlayış zamanı, rəsmi məlumatda bildirildiyi kimi, 26 nəfərin yox, 30 nəfərdən çox adamın öldüyünü və 80 nəfərin isə yaralandığını bildirmişlər.
Qəzanın təhqiqatını aparan istintaq qrupunun məlumatına görə, qatarı az tanınmış "Kombat 18-Novoqord" qruplaşması törətmişdir. Ekspertlər bu mülahizənin yanlış olduğu qənaətinə gəlmişlər. İkinci ehtimala görə, terror aktını "rus vəhabisti" Pavel Kosolapov törətmişdir. Xatırladırıq ki, 2007-ci ildə eyni marşurut üzrə qatarı da P.Kosolapov qəzaya uğratdığından, onun axtarışı elan edilmişdir. Bununla yanaşı, P.Kosalapovun terror aktının törədilməsində iştirakı təsdiq edilməmişdir. Prokurorluq belə hesab edir ki, terrorun təşkilatçısı D.Umarovdur.