PDF Oxu

Dünya

  • 12

Maykl Mur Qorbaçovun telefonu ilə Obama ilə danışdı

Maykl Mur Qorbaçovun telefonu ilə Obama ilə danışdı
Amerikanın sənədli filmlər müəllifi Maykl Mur SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun telefonu vasitəsi ilə ABŞ prezidenti Barak Obama ilə danışmağa müvəffəq olmuşdur.
O, telefon söhbətində B.Obamanın Əfqanıstana münasibətdə yeni hərbi strategiyasından söz açmış və bunun böyük səhv olduğunu bildirmək üçün ABŞ prezidetinin Qorbaçova zəng edərək, bu yöndə onun rəyini öyrənməyi tövsiyə etmişdir. M.Murun fikrincə, Qorbaçovun qəti qənaətinə görə, Əfqanıstan müharibəsi ABŞ-ı böyük bəlalarla üzləşdirəcəkdir.
M.Mur, bir müddət əvvəl, ABŞ prezidentinə ünvanladığı açıq məktubunda yazmışdı: "Əfqanıstanı "imperiyalar qəbiristanlığı" adlandırırlar. Əgər buna inanmırsınızsa, o zaman britaniyalılara zəng edin. İstərdim ki, Çingiz xana da zəng edəsiniz, ancaq mən onun telefon nömrəsini itirmişəm. Bunun əvəzində, Qorbaçovun telefon nömrəsi var:+41227891662. Əminəm ki, Qorbaçov yerinə yetirməyə cəhd etdiyiniz tarixi səhvə görə sizə yaxşı ibrət dərsi vermiş olardı.
M.Murun açıq məktubunda göstərdiyi telefon nömrəsi, baş ofisi Cenevrdə yerləşən "Qreen Qross İnternatinoal" İsveçrə ictimai təşkilatına məxsusdur. Təşkilatın başlıca məqsədi "insanlar və ətraf mühit arasında geniş qarşılıqlı münasibətlər" yaratmaqdır. Həmin təşkilatın əsasını 1993-cü ildə Mixail Qorbaçov qoymuşdur.

Digər xəbərlər