PDF Oxu

Dünya

  • 15

ABŞ-ın Oqayo ştatına ölüm hökmünü bərpa etmək icazəsi verilib

ABŞ-ın Oqayo ştatına ölüm hökmünü bərpa etmək icazəsi verilib
"CNN" televiziyasının məlumatına görə, ABŞ-ın Federal Apellyasiya Məhkəməsi Oqayo ştatının hakimiyyət dairələrinə ölüm hökmünün icrasını bərpa etmək icazəsi vermişdir.
Bu ilin sentyabrında ştatın qubernatoru Ted Striklend və məhkəmənin federal hakimlərinin, qətl hadisəsi törətmiş Romell Brumun ölüm hökmünü icra etməkdə uğursuzluğa uğramaları ilə əlaqədar, bir neçə ölüm hökmünü təxirə salmalı olmuşdur.
R.Brum 14 yaşlı qızı öldürdüyünə görə ölüm hökmünə məhkum edilmişdir. Ancaq uzun müddət ərzində hökm icraçıları qatilin bədənində inyeksiya üçün yer tapmadıqlarından, hökmü təxirə salmalı olmuşlar. İcra prosedurunun dəyişməsi ilə əlaqədar bundan sonra üç ayrı-ayrı dərman işlətmək əvəzinə, yüksək dozada cəmi bir dərman işlədiləcəkdir. Bü cür qərar 2008-ci ildə qəbul edilsə də, ştatda ölüm hökmünün icrası bu ilin dekabrında yerinə yetiriləcəkdir.
Yeni icra prosedurunun, ştatın 6 federal dairəsində qüvvəyə minməsindən sonra, 51 yaşlı qatil Kennet Birosun xahişi ilə onun ölüm hökmünü təxirə salmışlar. Hakimlər qatilin vəkilinin öldürücü dərman preparatının həddən artıq kobud olduğunu iddia etməsinin əsassızlığını sübut etmişlər.

Digər xəbərlər