PDF Oxu

Dünya

  • 6

Barak Obama və “cihad” haqda reklam lövhəsi Koloradoda etiraz aksiyasına səbəb olub

Barak Obama və “cihad” haqda reklam lövhəsi Koloradoda etiraz aksiyasına səbəb olub
ABŞ-ın Kolorado ştatının Denver bölgəsi yaxınlığındakı Uit-Ric şəhərində prezident Barak Obamanın "cihad"la əlaqəsinə həsr edilmiş reklam lövhəsi yaxınlığına yığışan vətəndaşlar öz etirazlarını bildirmişlər.
Yerli "KUSA" telekanalının məlumatına görə, bu reklam lövhəsi həm ABŞ-da, həm də xaricdə böyük rezonans doğurmuşdur. Qalmaqalın mərkəzində ABŞ prezidentinin qeyri-amerikalı mənşəyi haqqındakı nəzəriyyə tərəfdarları dayanmışdı.
Lövhə üzərində B.Obamanın şəkli ilə yanaşı, bu cür şüarlar yazılmışdır: "Prezident, yoxsa cihad?", "Prezidentin doğum şəhadətnaməsini göstərin ki, o, əsil amerikalıdır", "Oyan, Amerika! Fort-Xudu xatırlayın!" Məlum olduğu kimi, Texas ştatının nəhəng Fort-Xud hərbi bazasında müsəlman mayor noyabrda əsgərlərə hücum edərək, 13 nəfərini qətlə yetirmişdi. Bu da koloradoluların prezidentin qeyri-qanuniliyi haqqında formalaşdırdıqları konspiroloji nəzəriyyələrini formalaşdırmağa xidmət etmişdi.
Qamaqallı lövhə ilə avtomobil satışı ilə məşğul olan "Leasinq and Sales" firmasının sahibkarı Fil Vulfun sifarişi ilə asılmışdır. Sahibkarın dediyinə görə, bu işi gördüyünə görə, bir çox şəxslərin tənqid hədəfinə çevrilmişdir. Ona zəng edib hədələyən şəxslər belə hesab edirlər ki, F.Vulfun lövhəsi rasizm təzahürüdür və o, insanlara nifrət ruhu aşılayır. "Böhtan əleyhinə liqa" adlı tanınmış yəhudi hüquq-müdafiə təşkilatı, avtomobil sahibkarının müsəlmanlara qarşı mənfi rəy formalaşdırmaqla, ştatın qanununu kobud surətdə pozduğunu bildirmişdir.

Digər xəbərlər