PDF Oxu

Dünya

  • 11

Çinin kömür şaxtasında ölənlərin sayı 100 nəfəri keçmişdir

Çinin kömür şaxtasında ölənlərin sayı 100 nəfəri keçmişdir
"Frans Press" informasiya agentliyinin noyabrın 23-də yaydığı məlumata görə, Çinin kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatmışdır. "Sinxua" Çin informasiya agentliyinin məlumatına görə, dörd şaxtaçı dərinlikdə qalmışdır. Onların xilas edilib-edilməyəcəyi haqda məlumat verilmir. İlkin ehtimala görə, şaxtada metan qazının yanması partlayış törətmişdir. Yerli əhalinin dediyinə görə, partlayış onlarla kilometr uzaqlarda eşidilmişdir. Partlayışla əlaqədar şaxtanın direktoru onun müavini və obyektin baş mühəndisi tutduğu vəzifədən azad edilmişdir. Qəza faktı ilə əlaqədar cinayət işi qaldırılmışdır. Çinin Dövlət Şurasının keçmiş baş naziri Çjan Dentszyan hadisə yerində xilasedicilik əməliyyatının gedişini izləyir. Qəza Rusiya ilə həmsərhəd əyaləti olan Xeyluntzsyanın köhnə şaxtalarından birində noyabrın 21-də saat 02.30-da baş vermişdir. Qəza baş verən zaman şaxtada 528 fəhlə olmuşdur. Xilasedicilər onların 389 nəfərini bayıra çıxarmağa nail olmuşlar. Miqyasına görə, böyük hesab edilən bu qəzanı 2007-ci ilin dekabrında baş vermiş Şansi əyalətindəki qəza ilə müqayisə edirlər. Həmin qəzada 105 nəfər şaxtaçı həlak olmuşdur.

Digər xəbərlər