PDF Oxu

Dünya

  • 10

Terrorçuluqda təqsirli bilinərək Böyük Britaniyada həbs edilmiş şəxslər əleyhinə cinayət işi qaldırılıb

Terrorçuluqda təqsirli bilinərək Böyük Britaniyada həbs edilmiş şəxslər əleyhinə cinayət işi qaldırılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniyanın istintaq orqanı əməkdaşları terrorizmdə təqsirli bilinərək, həbs edilmiş dörd nəfər əleyhinə cinayət işi qaldırmışlar. Ən sərt cəza 21 yaşlı İsrar Maliki gözləməkdədir. Onu Böyük Britaniya ərazisində bir neçə terrorçuluq aktı törətməkdə ittiham edirlər. İstintaqın məlumatına görə, həbs edilmiş şəxslər 2008-ci ilin iyunundan 2009-cu ilin 17 noyabrınadək Britaniyanın müxtəlif yerlərində terror aktı törətməyi planlaşdırmışlar.
İstintaq materiallarında İ.Malikdən başqa, 27 yaşlı Mettyu Nyuton, 25 yaşlı Munir Faruki və 26 yaşlı Heris Farukinin də adları çəkilir. Onlar terrorun təşkilatçılığına yardım etməkdə ittiham edilirlər. Müttəhimlər Vestminester ədalət məhkəməsi önündə cavab verəcəklər.
5 nəfər müəttəhimi terrorçuluq əleyhinə əməliyyat keçirən Mançestr polisi həbs etmişdi. Onlardan bir nəfəri təqsirsiz olduğu üçün azadlığa buraxılmışdır.

Digər xəbərlər